XƏBƏR LENTİ
22 Oktyabr 2020
21 Oktyabr 2020



Prezident Azərbaycan xalqını təbrik etdi
Gündəm 15:03 / 27.09.2020

"Azərbaycan Ordusunun genişmiqyaslı əks hücumu nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsi işğaldan azad olunub. Bu münasibətlə xalqımızı təbrik edirəm”.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Prezidentİlham ƏliyevTəhlükəsizlik Şurasının bu gün keçirilən iclasında deyib.

Prezident bildirib ki, Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Erməni Silahlı Qüvvələrinin canlı qüvvəsinə və texnikasına ciddi ziyan dəyib:

"Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaq. 30 ilə yaxın davam edən ədalətsizliyə, işğala son qoyulacaq. Azərbaycan vətəndaşı illərdir vətən həsrəti ilə yaşayır. Xalqımız artıq öz torpaqlarında yaşamaq istəyir.

Öz dədə-baba torpaqlarından zorla didərgin salınan insanlar öz ata ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, ermənilər xalqımızın dədə-baba yurdunu dağıdıb. İşğal altında olan torpaqlarımızda evlərin, məscidlərin, qəbiristanlıqların vəziyyətinə baxın.

Bütün bunları ermənilər törədib. Biz haqlıyıq, bizim mübarizəmiz haqq mübarizəsidir. Bu gün Azərbaycan vətəndaşı dövlətə tam dəstək göstərir. Vətəndaşlarımız Azərbaycan Ordusunun yanındadır.

30 ildir ki, öz torpaqlarına qayıda bilməyən vətəndaşlarımıza səslənirəm ki, biz əlimizdən gələni edəcəyik ki, siz doğma ata yurdlarınıza qayıdasınız. Tovuz hadisələrindəermənilərə layiqli dərs verildi, lakin onlar bundan nəticə çıxarmadı. Biz bu gün də onlara layiqli dərs verdik və verəcəyik”.


839 oxunub

InvestAZ