XƏBƏR LENTİ
27 Oktyabr 2020
26 Oktyabr 2020



İntizarın sonu var... - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 14:34 / 27.09.2020

(Şuşadan Bakıya ümid məktubu)

Salam olsun sənə, ey mə­nim ümidim, pənahım, şa­nlı-şöh­rə­tli, qüdrətli Ba­kım! Elə indicə radioda xalq artisti Yalçın Rzazadənin xoş ovqatlı səsi gəlir:

Qayıdıb xoş güzərdən,

Günəş qalxır Xəzərdən...

Sevgilim keçən yerdən

Bütün şəhər yeriyir,

Bakı, sabahın xeyir!

Mən də sənə əziz Bakım, hər vaxtın xeyir olsun deyirəm. Ne­çə il­lər­di ki, mənim sabahlarım şərin bətnindən doğulan iblis nökərlərinin üzünə açılır. Təki sənin bütün sabahların həmişə xeyirə açılsın, axşamların xeyir olsun! Efir dalğalarından tez-tez xoş sorağını eşidirəm. Elə ki, diktor "Danışır Bakı” deyir, bax onda ruhum bizim Qarabağ atları kimi şahə qalxır. Amma səsini təkcə mən yox, içini kin-kidurət və paxıllıq kiri basmış dığalar da eşidir. Son günlər isə səsin gələndə dığaların kürklərinə birə düşür. Ora-bura vurnuxub papiroslarını tüstülədə-tüsdülədə öz dillərində nəsə qırıldadırlar. Elə bil içləri alovlanır. Deyirəm, bəlkə də özləri üçün cəhənnəmə tədarük görürlər...

Xəzər gözlüm, Bakım mənim!

Mənimsə içimi yandıran odur ki, bu yolsuzların qaladığı ocağa quzeydən, güneydən odun atırlar. Düzü, sənin bildiklərini dübarə yazıb, qanını qaraltmaq istəmirəm. Özün də yaxşı bilirsən, illər öncə - bahar çağı erməni dığalarının məni işğal etməsi tarixdə görünməyən bir möcüzə idi. Elə o vaxtan hər dəfə yurdumuza bahar gələndə başqa bir möcüzə də gözləyirəm. Həmin möcüzə Milli Ordumuzun igid əsgərləri bağrımın başına - qala bürcümə Qələbə bayrağını cancan günü baş verəcək!

Ey Ağ şəhəri ağ günlərindən soraq verən ulu Bakım!

Bilirəm ki, bu illər ərzində mə­ni bir an da unut­ma­mı­san. Axı sən yurdumuzun Baş şəhərisən. Odlar yurdumun ağıllı başlarını ağuşuna alıb məni xilas etməyin yollarını düşünürsən. An­caq səndən sənə bir-iki kiçik giley-güzarım da var. Deyi­rəm, nə əcəb düş­mən tap­da­ğın­da qa­lan Xarı bülbülün adında kafe, sinəmdə çağlayan İsa bulağı adında restoranın, mənim adıma da şad­lıq sarayın var, bəs niyə Azərbaycan televiziya kanallarının cərgəsində adım yoxdur?!

Yə­qin de­yə­cək­sən ki, bu mən­lik de­yil. Özün də şahidsən ki, 20 Yanvar hadisələrinin ertəsi günü rus or­du­su (?) sə­nin telestudiyanı partla­dan­da, mənim te­les­tu­di­yam­ dün­ya­ya o dəh­şət­li faciə­ni bə­yan et­di. Baxmayaraq ki, ermənilər də telestudiyamın işinə əngəllər törədirdilər. Üç-dörd saat yayımlanan verilişlər həm də AzTV-nin əməkdaşları - şəhid telejurnalist Alı Mustafayevin, hazırda Ağdam Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışan Fəxrəddin Hacıbəylinin, operator Şakir Gülməmmədovun, sonradan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizami Bəhmanovun birgə səyilə ərsəyə gəlirdi.

O vaxtlar mənim merim rəhmətlik Mikayıl Gözəlov idi. O, xalq arasında xüsusi hörmət və nüfuza malik çox vətənpərvər insan, bütün varlığı ilə torpağa bağlı insan idi. Bəlkə elə bu səbəbdən də onu müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirdilər…

Ey nur dənizli, dünyaya işıq saçan Ba­kım mənim!

Bir giley-güzarım da Xəzərin sahilində ucalan hündür hasarlarla bağlıdır. Görünür, 70 il bizə ağalıq edən So­vet hö­ku­mə­ti­nin heç zərrə qədər də ağ­lı-zadı yox imiş! Çünki dəfələrə kosmosa adam çıxarsa da, yerdə - dənizin sahillərini hasara almağın "özəlliyini və gözəlliyini” dərk etməyib. Onu da eşit­mi­şəm ki, in­di qoynundan üzü cənuba, şimala yeni, abad, geniş yol­la­r çəkilib. Kaş ki, o təzə yo­llar­dan bi­ri də mə­nim ürə­yimin ba­şın­a çəkiləydi. İllərlə həsrətimdə olanlar o yollarla geri dönəydilər…

Etiraf edim ki, uzun müddət yalqız idim, ins-cins səsi belə eşitmirdim. Cıdır düzümdə də yel vurub, yengələr oynayırdı. Günlərin bir günü bu erməni əbləhlər yığışıb Cıdırda eşşək yarışı keçirdilər. "Eşşək anqırar, tayını tapar” boş yerə deməyiblər. Hə, hə, o qocaq, mərd türk kişilərin vaxtilə Qarabağ atlarının yarışını keçirdiyi Cıdır düzümə eşşəklər ayaq açandan sonra dığa­lar bura axışdı. Bağ­rı­mın ba­şın­da elə od qa­la­dılar ki, tüs­tü­m ər­şə dirən­di. Bax, hər şey də ondan sonra başladı. Məclis qurdular, yeyib –işdilər, keşişi naziri, hətta faşist "Ocaq”qalayanı - Zori Balayanı gəlib burada oynayıb axmaq bir sağlıq dedi: "Allah bizi qoruyacaq, çünki Allahın özü də erməni və qarabağlıdır.”

Eh, ca­nım Ba­kı, gö­züm Ba­kı! Deyi­rəm, Al­lah mə­nə rəhm elə­yir, yaxşı ki, bu torpaq bit- birələri təbii bulaqlarımı, dağımı- daşımı öz­gə planet­lə­rə gö­tü­rüb apar­mır­lar... Bu görməmiş dı­ğa­ların murdar əməlləri çoxdur... Hələ mən Avropada birinci, dünyada ikinci nadir çinar meşəsinin erməni yağıların əlində viranəyə qalmasını demirəm.

Axı SƏN bizim baş şə­hə­rimiz kimi hər şeydən agahsan!

Mən isə özüm-özü­mə hə­mi­şə tə­səl­li ve­ri­rəm, ümid­lə göz­lə­ri­mi yol­la­ra tikirə­m. Bi­li­rəm, sə­nin ba­şı­nı əc­nə­bi­lər çox qa­tdı. O həm­sədr­lər var ey, hər üçü də kə­lə­fin ucu­nu çox­dan iti­rib­lər, za­lım uşaq­la­rı söz­lə elə bazar­lıq, elə siyasi al­ver edir­lər ki, pe­şə­kar tacirlər də on­la­rın ya­nın­da yalan olub. Əgər onlar ikiüzlülük etməsəydilər, mən çoxdan ağ günə çıxmışdım. ATƏT - əslində bu günə kimi Avropada Ticarət (və ya Turist) Əməkdaşları Təşkilatı rolunu oynayıb.

Onu da deyim, bu­ra tək-tək kö­çüb gə­lən er­mə­ni­lər tor­paq­dan çox pul üçün əl­dən-ayaqdan ge­dir­lər. H­ər gə­lən ai­lə­yə fi­lan qə­dər pul ve­rir­lər ki, get Qa­ra­bağ­da ya­şa! Deyi­rəm, əziz Bakı, sənin qoy­nun­da adı "Forbers” jurnalına düşməyən o qədər gizli mil­ya­de­rin var ki, sər­vət­lə­rin­dən bir fai­zi­ni bu dı­ğa­la­ra ver­sə­lər, bəlkə da­va­sız-şa­va­sız kö­çüb ge­dər­lər Ameri­ka­ya, İs­veç­rə­yə, Kanadaya... Bilirəm, deyəcəksən ki, elə oralarda da bu zir-zibillərdən itə tök qədər var.

Ora­sı da var ki, sə­nin çö­rə­yi­ni ye­yib, şol­lar su­yu­nu içən nankorlar da az deyil. Gö­rməsəm də, eşidirəm ki, cızıqlarından çıxır, harınlaşıb, qudururlar. Vaxtilə ya­yın cır­cı­ra­ma is­ti­sin­dən ba­şı­nı gö­tü­rüb bu­ra istirahə­tə ne­çə-ne­çə döv­lət mə­mur­la­rı gə­lər­di. İsa bulağında ye­yib-içib kef­lə­nər­di­lər, şə­rə­fi­mə elə sağ­lıq­lar de­yər­di­lər ki, dağ­la­rı­mın ba­şı ala bulu­da ça­tar­dı. Am­ma indi onlar ba­şı­mın üstü­nü qa­ra bulud­lar aldığını, dağlarımda xaç şə­kil­li şim­şək­lər ça­xdığını, bağ­rı­mı qara əl­lərin uzandığını sanki görmürlər.

Cıdır meydanım da Qarabağ atlarının intizarındadır!

Əminəm ki, bu intizarın sona çatacaq!..

Sə­nə böyük ümidlərlə bu mək­tubu yazdım.

Di sağ- sa­la­mat qal, xey­rə qən­şər, gözəl Ba­kım!

Milli Ordumuzun igid əsgərlərini, qələbə müjdəsini həsrətlə gözləyən sənin sevimli Şuşan.

Məktubu qələmə aldı:

Nurəddin ƏDİLOĞLU

25.09.2020.


1851 oxunub

InvestAZ