XƏBƏR LENTİ
20 Oktyabr 2020



Ukrayna I vitse-spikeri: Azərbaycan ərazi bütövlüyünün bərpasını dəstəkləyirik
Gündəm 14:04 / 27.09.2020
"Beynəlxalq hüququn bütün tələbləri istənilən dövlətin razi bütövlüyünün toxunulmazlığını, o cümlədən dövlətin ərazi bütövlüyünün bərpası üçün istənilən imkanlardan yararlanmağı şərtləndirir. Biz Azərbaycan ərazi bütövlüyünü, onun bərpasını ilk gündən dəstəkləyirik”.

Bunu "Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) Sədrinin I müavini Ruslan Stefançuk deyib.

O qeyd edib ki, Ukrayna beynəlxalq hüququn tələblərinə, ölkələrin suverenliyi prinsiplərinə və ədalətə əsaslanır:

"Bizim də ərazi bütövlüyümüz sepratizmdən əziyyət çəkir. Bu baxımdan dost Azərbaycanın da bu ağrılı problemini dərindən anlayırıq. Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik, onun pozulmasını və işğalını qəti şəkildə pislyirik”.

I Vitse-spiker qeyd edib ki, çox yaxşı olardı ki, tərəflər tezliklə nəhayət ortaq dil tapa bilsinlər və bölgədə sülh olsun: "Çünki XXI əsr, müasir svilizasiya sakinləri müharibələrlə, qırğınlarla yaşamamalıdır”, - deyə, o əlavə edib.

770 oxunub

InvestAZ