XƏBƏR LENTİ
21 Oktyabr 2020



Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, 12 “OSA”sı məhv edildi - VİDEO
MƏMLƏKƏT 09:42 / 27.09.2020

Azərbaycan Ordusunun cəbhə zonasında adekvat cavab zərbələri ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar olunaraqməhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Nazirlik qeyd edir ki, əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd "OSA” zenit-raket kompleksi məhv edilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.


742 oxunub

InvestAZ