XƏBƏR LENTİ
20 Oktyabr 2020



Ali Baş Komandan: “Biz zəfər çalacağıq”
SİYASƏT 12:17 / 27.09.2020

"Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Ermənistan ordusunun bizim torpağımızda nə işi var?”

Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhədə yaranan gərgin vəziyyətlə əlaqədar xalqa müraciət edərkən deyib.

Prezidentin sözlərinə görə, heç kəs üçün sirr deyil ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir.

Ali Baş Komandan Azərbaycan Ordusunun zəfər çalacağını da vurğulayıb.

"Ermənistan işğalçı dövlətdir. Bu işğala son qoyulmalıdır və qoyulacaq. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyə İlham Əliyev bildirib.


657 oxunub

InvestAZ