XƏBƏR LENTİ
21 Oktyabr 2020



Etiraf... - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:18 / 26.09.2020
"Özümdən özümə" silsiləsindən

Daha dizim titrəyir,
Çənəm, üzüm ...
Yolda izim titrəyir -
Yüküm,güc gəlir mənə...

Gözlərimi yaş aldı,
De hanı Tuğ, Daşaltı?!
Başımdakı beş, altı -
Tüküm, güc gəlir mənə...

Şux, ütülü geyirdim
Mənəm, mənəm! - deyirdim...
Bir fətiri yeyirdim -
Büküm - güc gəlir mənə.

Nə zaman ki, tər idim
Buğum, buğum əridim!
Geri dönən şərikim -
Hürküm, güc gəlir mənə...



881 oxunub

InvestAZ