XƏBƏR LENTİ
21 Oktyabr 2020



 Azərbaycana yardım etməyə hazırıq – Səfir
Gündəm 17:27 / 25.09.2020

Pakistan koronavirusla mübarizədə qardaş Azərbaycana yardım etməyə hazırdır.

Bu sözləri Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee jurnalistlərlə görüşü zamanı deyib.

"Biz məmniyyətlə sizin ekspertləri Pakistana dəvət edə, öz təcrübə və biliklərimizi azərbaycanlı mütəxəssislərə bölüşə bilərik”, - deyə səfir bildirib.

O, həmçinin qeyd edib ki, koronavirus böhranına görə Azərbaycanda qalan pakistanlılar öz ölkələrinə qayıtmağa müvəffəq olub.


1040 oxunub

InvestAZ