XƏBƏR LENTİ
30 Oktyabr 2020
29 Oktyabr 2020



İnsanı öz istəyi ilə öldürmək rəsmiləşsin – Ekspertlər
Maraqli 16:57 / 24.09.2020

Dünyanın bir çox inkişaf etmiş ölkəsində qəbul edilmiş eftanaziya (sağalmaz, ölümcül, dəhşətli ağrılardan əziyyət çəkən insanlar və ya onların birinci dərəcəli yaxınları tərəfindən xəstənin həyatına son verilməsi) ölkəmizdə də tədbiq edilə bilərmi?

Məsələ ilə bağlıAxar.az-a açıqlama verən millət vəkiliFazil Mustafabildirib ki, eftanaziya mübahisəli bir məsələdir. Çünki tədbiqi və hansı üsulda olması müəyyənləşməlidir:

"Prinsipcə bu məsələ ölkəmizdə də tədbiq edilə bilər. Uzun illər ağır və şiddətli ağrılardan əziyyət çəkən, sağalma ehtimalı olmayan bir şəxsin məsul qurumun rəyi ilə öz həyatına son verməsi daha humanist bir addım olar. Düşünürəm bu gün bizdə də belə bir qanunun qəbuluna ehtiyac var”.

ProfessorAdil Qeybulladeyib ki, eftanaziya bütün ölkələrin qanunvericiliyində öz əksini tapmalıdır:

"Bəzi tibbi proseslər ilə bağlı məsələlər təəssüf ki, qanunda öz əksini tapmır. Misal üçün donor, süni mayalanma, daşıyıcı ana və ya qeyd etdiyim eftanaziya. Mən təklif edərdim bu məsələlər qanunda öz əksini tapsın.

Azərbaycan cəmiyyəti psixoloji olaraq bir çox məsələlərə hazır deyil. Çünki insanların bu kimi məsələlərə yanaşması çox fərqlidir. Baxın, bayaq qeyd etdiyimiz donor haqqında qanuna hazır deyil. Misal üçün adətən bizdə donor kim olur? birinci dərəcəli qohumlar. Digər tərəfdən, donor olacaq şəxs adətən gənc olmalıdır. Bu zaman isə qanunla onun himayədarı, yəni valideynin rizası lazımdır. Buna isə çox hallarda valideynlər razı olmur. Bu mənada həm eftanaziya, həm də digər adını çəkdiyim məsələlər qanunda öz əksini tapmalıdır”.

Beynəlxalq hüquq üzrə professorFərhad Mehdiyevsaytımıza açıqlamasında qeyd edib ki, uzun illər ərzində eftanaziya heç bir halda hüquqi olaraq qəbul olunmurdu:

"Bunun əsas səbəbi də hüquq instutlarının nəzəriyyəsi ilə bağlı idi. Çünki hesab olunurdu ki, şəxsiyyət hüquqlarından biri olan yaşamaq hüququndan insan imtina etməməlidir. Bu gün ölüm hökmünə qarşı çıxanların bir çoxunun da əsas arqumenti məhz budur. Yəni insana həyat Tanrı tərəfindən verilib və canı da o almalıdır. İnsan özü öz həyatına son verə bilməz.

Lakin zamanla fərqli elementlər ortaya çıxmağa başladı. Misal üçün insanlara işgəncə etmək, qeyri-insani rəftar etmək olmaz. Bəzi insanların xəstəlikləri elə bir dərəcədə olur ki, onların bu şərtlərdə yaşaması qeyri-insanı rəftar kimi qiymətləndirilir. Bu mənada bəzi inkişaf etmiş ölkələr bunu əsas gətirərək eftanaziyanı qanuniləşdirdi. Eftanaziya müasir dövrün şərtləri ilə daha humanist bir yanaşmadır. Ona görə hesab edirəm ki, bizdə də belə bir qanuna ehtiyac var”.


1028 oxunub

InvestAZ