XƏBƏR LENTİ
30 Oktyabr 2020
29 Oktyabr 2020



Vilayət Eyvazov yeni rəis təyin etdi
Gündəm 14:09 / 24.09.2020

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Ağayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dini ekstremizm şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, daha öncə Şəki Şəhər Rayon Polis Şöbəsinin və Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifələrində çalışıb.


1204 oxunub

InvestAZ