XƏBƏR LENTİ
30 Oktyabr 2020
29 Oktyabr 2020



Avropadan COVID-19-a qarşı tədbirlər: “Az içmək, az ünsiyyət, daim maska taxmaq”
DÜNYA 09:14 / 24.09.2020

Distant iş, toyda ən çox 15 iştirakçı, tamaşaçısız stadionlar və ən əsası axşam saat 22-də əyləncə yerlərinin bağlanması.

Bu sadalananlar Böyük Britaniyada Nazirlər Kabinetinin qəbul etdiyi yeni məhdudiyyətlərə daxildir.

"Euronews” xəbər verir ki, ölkənin Baş naziri Boris Conson COVID-19-la mübarizənin qətiyyən bitmədiyini deyib.

Obildirib ki, infeksiya üzərində qələbəyə şübhə etmir. Ancaq indi intizamlı olmaq və ortaq maraqlara uyğun yaşamaq vaxtıdır.

Danimarkada da barların iş saatları məhdudlaşdırılıb. Bu ölkənin sakinləri evlərində əylənəcəklər. Evlərdə təşkil edilən əyləncələrdə bəzənhətta beş yüz nəfərin də iştirakı mümkündür.

Almaniyanın Bavariya vilayətində səlahiyyətlilər tələbləri ciddi şəkildə sadalayır və intizama çağırırlar.

Bu federal əyalətin Baş naziri Markus Zöder brifinqdə açıq şəkildə deyib: "Birincisi, maskaları taxın, ikincisi, az için, üçüncüsü, ünsiyyəti məhdudlaşdırın”.

Bazar ertəsi İtaliya Paris də daxil olmaqla Fransanın yeddi bölgəsində yaşayan fransızlar üçün mənfi nəticəli koronavirus testi tələb edib.

Bu barədə sənəd yoxdursa, analizi sərhəd-nəzarət məntəqələrində, hava limanlarında, qatar stansiyalarında və magistral yollarda da vermək olar.


970 oxunub

InvestAZ