XƏBƏR LENTİ
30 Oktyabr 2020
29 Oktyabr 2020



Meteoroloqlar qasırğalara ad tapa bilmirlər
Maraqli 09:00 / 24.09.2020

2020-ci il ən genişmiqyaslı qasırğa mövsümü kimi tarixə düşüb.

ABŞ Milli Qasırğa Mərkəzinin meteoroloqları artıq növbəti qasırğalara hansı adları verəcəklərini bilmədiklərini açıqlayıblar.

Bu barədə "Vice” xəbər yayıb.

Məlumata görə, meteoroloqlarda latın əlifbasının hər bir hərfinə görə qasırğa adlarının siyahısıolur. Həmin siyahıda Q, U, X, Y və Z hərfləri istisna edilir.

Beləliklə, adlar altı ildən bir təkrarlanır.

Həmin il üçün siyahıda olan hərflər bitən kimi meteoroloqlar Yunan əlifbasına keçirlər.

Amerikalı meteoroloqlar 2005-ci ildə də belə bir problemlə qarşılaşmışdılar, lakin həmin vaxt adlar oktyabrın ortalarında tükənmişdi.


1066 oxunub

InvestAZ