XƏBƏR LENTİ
27 Oktyabr 2020



Ağrılarımın şeiri - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:41 / 23.09.2020

"Özümdən özümə" silsiləsindən

Görürsən. bu səhər də
Gözüm qan çanağıdı...
Çöhrəmdəki qəhər də-
Solmuş gül yanağıdı...

Səsim də zəif, titrək
Üstündən kədər keçib...
Qoymur ümid bitirək -
Bizi bu qədər , seçib!

Qovrularaq içimin
Can acıdan hisində...
Dilini öyrənirəm -
Sən kükrəyən hirsin də!

Əlim boşda, dizimsə
Döyənəkdi daş üstə...
Ömür keçir, bizimsə -
Göy köynəkdi yaş üstə...

...Görürsən ovxalanır
Bu səhər də gözümdə...
İzsizcə sovxalanır -
Elə mənim özüm də!


1146 oxunub

InvestAZ