XƏBƏR LENTİ
20 Oktyabr 2020



Bakıda quldurluq - Başına daşla vurub pullarını götürdülər
KRİMİNAL 15:09 / 22.09.2020

Bakıda quldurluq hadisəsi baş verib.

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ramazanov sentyabrın 20-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 2 nəfərin daşla onun baş nahiyəsinə vurub cibindən 75 manat pulunu və mobil telefonunu götürdüklərini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Heydərov və F.Heydərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.


772 oxunub

InvestAZ