XƏBƏR LENTİ
29 Oktyabr 2020



Avtomobil ata və qızını vurdu
KRİMİNAL 17:04 / 22.09.2020

Balakəndə qadın sürücüidarə etdiyi "Prado" markalı avtomobillə ata və azyaşlı qızını vurub.

Hadisə bu gün Balakən-Qabaqçol avtomobil yolunun rayonun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Talalar kənd sakinləri olan 1984-cü il təvəllüdlü Əsəbəli Bəxtiyar oğlu Əhmədov azyaşlı övladı, 2011-ci il təvəllüdlü Nurayla birlikdə yolu keçmək istəyən zaman "Prado" markalı avtomobil tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Əhmədov və qızı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zaqatala RMX-da onlara lazımi tibbi yardım göstərilib.

Ə.Əhmədov və qızının vəziyyəti nəzərə alınaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.


1238 oxunub

InvestAZ