XƏBƏR LENTİ
29 Oktyabr 2020



Ermənistanda hökumətə qarşı ümumdövlət mitinqi keçiriləcək
DÜNYA 16:50 / 22.09.2020

Ermənistanda müxalifət partiyaları hökumət əleyhinə ümumdövlət mitinqi elan edib.

"Çiçəklənən Ermənistan", "Daşnaksutyun" və "Vətən" partiyaları oktyabrın 8-də mitinq keçirəcəyini bildirib.

Partiyaların ümumi bəyanatında ölkə hökumətinin heç bir vədini yerinə yetirilmədiyi deyilir:

"Hakimiyyət bütün məsələlərdə uğursuzluğa düçar olub. Ölkənin inkişaf perspektivi təhlükə altına düşüb. Hakim qüvvə dövlət qarşısında yaranan çağırışlara müqavimət göstərə bilmədiyini nümayiş etdirib".


1000 oxunub

InvestAZ