XƏBƏR LENTİ
29 Oktyabr 2020



İlin sonuna 2 DOST mərkəzinin açılışı planlaşdırılır
Gündəm 14:58 / 22.09.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin rəhbərliyi ilə onlayn iclas keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, sədr müavinləri, müvafiq departament və şöbələrin rəhbərləri, o cümlədən DOST mərkəzlərinin memarlıq, planlaşdırma və tikinti işlərini həyata keçirən podratçı təşkilatların nümayəndələri iştirak ediblər.

İclasda Bakının Binəqədi və Nərimanov rayonlarını əhatə edəcək 4 saylı Bakı DOST Mərkəzi, Abşeron, Bərdə, Sumqayıt, Quba və Sabirabad DOST mərkəzləri ilə bağlı məlumatlar verilib. Podratçı şirkətlərin nümayəndələri işlərin icra vəziyyəti ilə bağlı hesabat veriblər. Qeyd olunub ki, bu ilin sonuna qədər 4 saylı Bakı DOST Mərkəzi və Abşeron DOST Mərkəzinin açılışı planlaşdırılır. Bu səbəbdən də işlərin plana uyğun olaraq icrasının zəruri olduğu vurğulanıb.

İclas mövcud vəziyyətin və qarşıda duran məsələlərin müzakirəsi ilə davam etdirilib.


938 oxunub

InvestAZ