XƏBƏR LENTİ
20 Oktyabr 2020



Səni Vətən bildim - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:41 / 22.09.2020

"Bir qadına..." silsiləsindən

Açılan səhərə nəqarət oldu
Sənin təbəssümün, sənin nəfəsin...
İçimə müqəddəs bir ümid doldu -
Sevincdən çartlatdı, ürək qəfəsin!

Boylandım durmadan ,əlim qaşımda
Dağların yolunu gözümdən asdım...
Torpaq həsrətimi mən bu yaşımda -
Sonuncu nəfəs tək dözümdən asdım...

Əyilən dumana, çənə büründüm
Amma itirmədim çığırı, izi...
Tutub ətəyindən , hətta süründüm -
Gördüm ki, qanadı xəyalın dizi!..

Açılan səhərə Günəş tək gələn,
Çək mənim sevgimin şəklini göyə...
Həsrəti mənimçün ianə bilən -
Səni Vətən bildim - çox sevdim deyə!


819 oxunub

InvestAZ