XƏBƏR LENTİ
20 Oktyabr 2020



Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı
KRİMİNAL 18:03 / 21.09.2020

Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Yasamal rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla Yasamal rayonu ərazisində yerləşən "Royal Park” yaşayış massivinin "A” blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilmişdir.

Hazırda faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.


899 oxunub

InvestAZ