XƏBƏR LENTİ
22 Oktyabr 2020
21 Oktyabr 2020



Onlayn “Uğurlu Məktəb Mərkəzinin” təqdimatı keçirilib
Elm 08:45 / 21.09.2020

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi Xızı rayon Yeni-Yaşma kənd tam orta məktəbinin direktoru Əbdülqasım Kətanovun "Məktəb-valideyn-şagird münasibətlərində uğurlu əməkdaşlığın qurulması" adlı layihə çərçivəsində onlayn görüşü və Uğurlu Məktəb Mərkəzinin təqdimat mərasimi keçirilib. COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə keçirilən qabaqlayıcı tədbirlərə uyğun olaraq, görüş virtual şəkildə baş tutub.

Təqdimat Xızı rayonu üzrə bütün ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrindən pedaqoji və şagird heyətinin iştirakı ilə baş tutub. Tədbirdə 82 nəfər iştirak edib. Açılış sözünü Xızı rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev edərək qalib məktəbi və kollektivini təbrik edib, layihənin fəaliyyətinə uğurlar arzulayıb. Sonra iştirakçıları salamlayan layihə rəhbəri Əbdülqasım Kətanov iştirakçılara Uğurlu Məktəb Mərkəzinin ən azından məktəb kimi vacib sahənin xidmətindən istifadə edilməsinə, məktəb və icma münasibətlərinin qurulması üçün tamamilə yeni metodlar əsasında konkret bir mexanizmin əldə olunmasına istiqamətləndirildiyini bildirib.

Daha sonra öncəki qrant müsabiqələrdə qalib olan məktəblərin direktorları yeni nəslin yetişdirilməsində valideyn potensialından daha əhatəli şəkildə istifadə olunmasını, valideynlərlə müəllim kollektivinin qarşılıqlı əlaqələrinin xeyli intensivləşdirilməsində "Məktəb-valideyn-şagird münasibətlərində uğurlu əməkdaşlığın qurulması" layihəsinin çox faydalı olmasını bildiriblər.


2288 oxunub

InvestAZ