XƏBƏR LENTİ
21 Oktyabr 2020



"Neftçi" "Qarabağ"ın uğurlu seriyasını qırdı
İDMAN 14:30 / 21.09.2020

"Qarabağ” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb.

Bu, Premyer Liqanın3-cü turunun "Neftçi” ilə matçına təsadüf edib.

Ağdamklubu ev oyununda 1:2 uduzub. Bu qarşılaşmayadək öz meydanında keçirdiyi 393 görüşdə 49 dəfə xalsız qalan "Qarabağ” yubiley məğlubiyyətinə üzülüb.

Bununla həm də"Qarabağ"ın 10 matçdan ibarət məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Qurban Qurbanovunkomandası sonuncu dəfə ötən il noyabrın 22-də "Sumqayıt”la səfər qarşılaşmasında uduzub – 1:2. Son çempion dekabrın 6-dan sonra ilk dəfə qol buraxıb."Qarabağ" "Keşlə”ylə (2:2) matçdan sonra ardıcıl 8 quru oyun keçirib.

"Qarabağ”ın həm də evdəki məğlubiyyətsizliyi sona çatıb. "Səbail”lə qarşılaşmadakı texniki nəticəni nəzərə almasaq,komanda öz meydanındakı ardıcıl 24 matçda uduzmamışdı."Qarabağ" sonuncu dəfə 868 gün öncə - 2018-ci il mayın 6-da "Neftçi”yə 0:1 hesabı ilə uduzub.


683 oxunub

InvestAZ