XƏBƏR LENTİ
22 Oktyabr 2020
21 Oktyabr 2020



Hacıbəyovun doğum günü: BMTM-də açıq qapı günü
MƏDƏNİYYƏT 18:17 / 18.09.2020

Dahi bəstəkar Üzeyir Hacıbəyovun vaxtilə iş otağının yerləşdiyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin inzibati binasında bəstəkarın doğum günü və Milli Musiqi Günü ilə əlaqədar açıq qapı günü keçirilir.

Məqsəd Azərbaycan musiqisinin məbədi olan Şuşa şəhərinin işğalına, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzünün davam etməsinə diqqət çəkməklə yanaşı belə bir otağın varlığı barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.

Əvvəlcə xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə açılış mərasimi təşkil olunub. BMTM-in İdarə Heyətinin sədriFərid ŞəfiyevBMTM-in hazırda fəaliyyət göstərdiyi binada ilk olaraq Bakı Musiqi Akademiyasının fəaliyyət göstərdiyini deyib və bir çox Bakı sakinlərinin Üzeyir Hacıbəyovun bu otaqda fəaliyyət göstərdiyindən xəbərsiz olduğunu bildirib:

Daha sonra çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkiliTural GəncəliyevBMTM-ə belə bir tədbirin təşkilinə görə təşəkkür edib və bildirib ki, Üzeyir Hacıbəyov öz əsərləri ilə Azərbaycanı dünya çapından tanıdan şəxsiyyətdir.

Mərasimdə həmçinin Mədəniyyət Nazirliyinin nümayəndəsi qatılıb.

Bu gün 12:00-dan 17:00-a kimi şəhər sakinlər iş otağına baxış imkanına malik olacaqlar. Otağa baxış xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, BMTM bir zamanlar Bakı Musiqi Akademiyasının, Asəf Zeynallı adına Musiqi Kollecinin yerləşdiyi binada fəaliyyət göstərir. Tarixi bina 1885-ci ildə tikilib. Bir müddət Üzeyir Hacıbəyovun bu binada iş otağı yerləşib. Təxminən 10 il əvvəl uzun müddət boş olan iş otağı Üzeyir Hacıbəyovun ev muzeyindəki iş otağına bənzər şəkildə tərtib olunub.


1962 oxunub

InvestAZ