XƏBƏR LENTİ
27 Oktyabr 2020
26 Oktyabr 2020



İsraildə sərt qadağalar başlayır
DÜNYA 16:00 / 18.09.2020

İsraildə yeni tip koronavirusa yoluxma sayının sürətllə artması səbəbilə 3 həftəlik karantin tədbirləri bu gündən etibarən başlayır.

Yerli vaxtla saat 14:00-dan etibarən vətəndaşların evlərindən min metrdən çox uzaqlaşması qadağan olunacaq.

Çörəkçi, aptek və marketlərdən başqa bütün müəssisələr bağlanacaq. Qapalı məkanlarda ən çox 10, açıq məkanlarda isə 20 nəfərin toplaşmasına icazə veriləcək. Sosial məsafənin gözlənilməsi məcburi olacaq.

Şəhərlərarası nəqliyyatda məhdudiyyətlər tətbiq ediləcək.

Karantin qaydalarına nəzarət üçün 6 min polis, 1000 əsgər xidmətdə olacaq.

Qeyd edək ki, İsraildə son sutka ərzində 56 min 986 test keçirilib, bunlardan 5 min 238-nin nəticəsi pozitiv çıxıb. Ölkə miqyasında ümumi say 176 min 933-ə çatıb.


1082 oxunub

InvestAZ