XƏBƏR LENTİ
27 Oktyabr 2020
26 Oktyabr 2020



Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
SİYASƏT 15:18 / 18.09.2020

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram".


1504 oxunub

InvestAZ