XƏBƏR LENTİ
27 Oktyabr 2020
26 Oktyabr 2020



Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi
İDMAN 14:56 / 18.09.2020

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın reytinq cədvəlində müəyyən dəyişikliklər olub.

Azərbaycan UEFA-nın əmsallar cədvəlində yenidən bir pillə geriləyib. "Neftçi" Bakıda"Qalatasaray"a 1:3 hesabı ilə uduzduğu üçünölkəmizin aktivinə cəmi 0,125 xal əlavə olunub.

"Styaua"Serbiyada "Baçka Topola" ilə görüşün əlavə vaxtında 6:6 hesablı heç-heçə etməklə, Rumıniyaya daha 0.250 xal qazandırıb. Bununla da xalını 16.325-ə çatdıran Rumıniya 25-ci pilləyə yüksəlib. 16.250 xala malik Azərbaycan isə 26-cı yerə enib.

Qeyd edək ki, hazırda Rumıniyanın 2 ("Styaua" və ÇFR), Azərbaycanın 1 ("Qarabağ") təmsilçisi avrokuboklarda mübarizəni davam etdirir.


1116 oxunub

InvestAZ