XƏBƏR LENTİ
20 Oktyabr 2020



ABŞ-da COVID-19 əleyhinə peyvənd oktyabrdan əhaliyə paylanacaq
DÜNYA 17:07 / 17.09.2020

ABŞ administrasiyası əhaliyə koronavirusa qarşı peyvəndi oktyabr ayında və ya bir qədər gecikmə ilə paylamağı nəzərdə tutur.

Bu barədə məlumatı Amerika Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

"Hər şey hazırdır, hərbçilərimiz hazırlıqlarını görüblər, düşünürük ki, işlərimiz yaxşı gedəcək. Oktyabr ayından, ola bilsin bir az gecikmə ilə peyvəndin bölüşdürülməsinə başlaya bilərik”,- deyə Tramp bildirib.

ABŞ prezidentinin yeni müşaviri Scott Atlas isə COVID-19 əleyhinə peyvəndinpulsuz olacağını elan edib.


720 oxunub

InvestAZ