XƏBƏR LENTİ
27 Oktyabr 2020
26 Oktyabr 2020



Ümid işartısı - Əbülfət Mədətoğlu hər gün sizinlə
İDMAN 09:31 / 17.09.2020

"Bir qadına..." silsiləsindən

Səninlə açılan hər səhərimdə
Ümid tellərini darayır yana...
Boğulur bir küncdə qəm - qəhərim də -
Təklik də az qalır içindən yana...

Səpir qızartısın gözümdəki dan
Yaşanan anların küçələrinə...
Sənsiz səhərlərdə bulud olur can -
Yığır damcıların küçə əlinə...

Səssiz avazıyır başımdakı çən
Yükü də azalır , sanki qəlbimin...
Necə edirsənsə , bu anımda sən -
Ölçüsü dəyişir bil, qəlibimin!..

Ömrün hər çağını bəzəyən ümid
Coşdurur könlümün fərəhini də!..
Səhəri imkan tap, gəl özün kirit -
Unutma gecəyə gərəyini də...


1163 oxunub

InvestAZ