XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



"Qalatasaray" cərimələndi
İDMAN 14:45 / 16.09.2020

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray"a 24 min TL (təqribən 5450 manat) məbləğində cərimələyib.

Buna İstanbul klubunun hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub.

Bu hal iki dəfə baş verdiyindən TFF klubu cərimələyib.

Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək "Qalatasaray" bu gün Bakıya gələcək.. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.


10036 oxunub

InvestAZ