XƏBƏR LENTİ
20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020



Çavuşoğludan Lavrova cavab: Bizim səviyyəmizdə deyil
DÜNYA 18:03 / 14.09.2020

Cənubi Kipr Türkiyə ilə deyil, Şimali Kiprlə danışıqlar aparacaq səviyyədə bir ölkədir.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV-yə açıqlamasında deyib.

"Rusiya istəyirsə, Şimali Kiprlə Cənubi Kipr arasında vasitəçilik etsin. Lavrova daha əvvəl də demişdim. Vasitəçilik etmək istəyirsinizsə, adanın türk tərəfinə keçib onları da dinləyəcəksiniz”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Cənubi Kiprə səfəri zamanı "Əgər istəsələr, Türkiyə ilə Cənubi Kipr arasında vasitəçilik etməyə hazırıq” açıqlamasını verib.


556 oxunub

InvestAZ