XƏBƏR LENTİ
20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020



Rusiyanın nüvə bombasından daha QORXUNC SİLAHI
DÜNYA 17:46 / 14.09.2020

"Avanqard” 15 dəqiqə ərzində Vaşinqtona çata bilər. Bu müddət ərzində amerikalılar nəinki rus raketinin qarşısını ala, bir fincan qəhvə belə içə bilməyəcək”.

Bu fikirlər Çinin "Sina” informasiya agentliyinin Rusiyanın "Sarmat”, "Avanqard” və "Yaris” raket sistemləri ilə bağlı məqaləsində yer alıb.

Məqalədə raketlərin fərqli döyüş xüsusiyyətlərinə malik olduğu və istənilən düşmən qüvvəsi üçün təhlükə ehtiva etdiyi bildirilib. Qeyd olunub ki, raketlər 10 min km-dən artıq mənzilə sahibdir. Bu da Rusiyanın ən böyük rəqibi olan ABŞ-ı sonsuz çıxılmaz vəziyyətə sala bilər. Raketlərin görünməzlik qabiliyyəti və sürətləri səbəbilə ABŞ Hava Hücumundan Müdafiə Qüvvələrinin onların qarşısını ala bilməyəcəyi vurğulanıb.

"Avanqard” raketinə xüsusi diqqət ayıran agentlik bunu Rusiya ordusunun "şah əsəri” adlandırıb. Sözügedən raketin döyüş xüsusiyyətlərinin nüvə bombasından daha qorxunc olduğu qeyd edilib.


372 oxunub

InvestAZ