XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Ən yaxşı məşqçilərin dünya reytinqi açıqlandı – Qurban Qurbanov da var
İDMAN 17:45 / 26.12.2019

Football World Rankings portalı 2019-cu il üçün dünyanın ən yaxşı məşqçilərinin son reytinqini dərc edib.

Yenises.az xəbər verir ki, Azərbaycan klublarının məşqçilərindən ən yüksək pillədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yer alıb. O, 1054 xalla 575-ci yerdə qərarlaşıb. O, 2018-ci ili 461-ci sırada başa vurmuşdu.

İlk 100-lüyə "Neftçi"nin baş məşqçisi Roberto Bordin də daxil olub. O, 818 xalla 678-cidir. İtaliyalı mütəxəssis ötən ilin dekabrının siyahısı ilə müqayisədə 283 pillə irəliləyib.


11036 oxunub

InvestAZ