Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək.
İlk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Digər görüşdə isə "Qarabağ" "Keşlə"nin qonağı olacaq.
Qeyd edək ki, turun digər oyunları 12-13 sentyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, çempionatın matçlarına koronavirus səbəbindən azarkeşlər buraxılmır.
11 sentyabr (cümə)
19:00. "Neftçi” – "Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
Bakcell Arena
21:00. "Keşlə” – "Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
ASK Arena
12 sentyabr (şənbə)
19:00."Səbail” – "Zirə”
"ASCO Arena”
13 sentyabr (bazar)
19:00."Sabah” – "Qəbələ”
"Bank Respublika Arena”