XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Moldova Azərbaycan qazına çıxış əldə edə bilər
İqtisadiyyat 09:09 / 03.09.2020
Moldova Trans-Adriatik qaz kəmərinə (TAP) Ungenı-Kişinyov kəməri vasitəsilə qoşulmaqla Azərbaycan qazına çıxış əldə edə bilər.

Trend-in məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Alen Pillu deyib.

Qeyd olunub ki, 120 kilometr uzunluğunda Ungenı-Kişinyov qaz kəməri yaxın zamanlarda istifadəyə veriləcək və Rumıniya ilə Moldovanın qaz-nəqliyyat sisteminin birləşməsini başa çatdıracaq.


Ungenı-Kişinyov qaz kəməri təxminən 90 faiz qaz idxalından asılı olan Moldovaya enerji mənbələrini şaxələndirməyə imkan verəcək.

10642 oxunub

InvestAZ