XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Başqa planetlərdə həyat axtarışı – Elm adamlarından SENSASİON KƏŞF
Elm 17:21 / 27.08.2020

Şüalanma və digər ekoloji təhlükələrə qarşı çox yüksək müqavimət göstərən bir bakteriyanın 3 il Beynəlxalq Kosmos Stansiyasından (ISS) kənarda yaşadığı və Marsa çatana qədər sağ qalacağı iddia olunub.

Mikrobların bir planetdən digərinə keçə və həyat qura biləcəyi nəzəriyyəsini sınamaq üçün Yaponiyada hazırlanan "Tanpopo” missiyası çərçivəsində alüminium təbəqələrdə qurudulmuş Deynokokki bakteriyalarının qranulları ISS-in kənarında quraşdırılmış panellərə yerləşdirilib.

Müxtəlif ölçülərdə Deynokokki qranulları qoyulan lövhələrdən 1.2 və 3 il sonra məlumatlar əldə edilib və bakteriyaların nə qədər sağ qaldığı test olunub.

Mütəxəssislər 0,5 millimetrdən böyük olan qranullardakı bakteriyaların DNT-lərinə zərər dəysə də, sağ qaldıqlarını müşahidə ediblər.

Tədqiqatı aparan elm adamları tapıntıların bir neçə il ərzində mikrobların planetlərarası köçürülmə ehtimalını dəstəklədiyini düşünürlər. Deynokokkilərin soyuq, susuzluq və turşuya davamlı olduğu deyilir.

Deynokokki bakteriyası insanı öldürə biləcək radiasiyaya insandan 3 min qat daha çox müqavimət göstərir.


9779 oxunub

InvestAZ