XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



Günah tərəfi - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 08:57 / 25.08.2020

"Bir qadına..." silsiləsindən

Çiçəyi oxşayıb, gülü dərəsən,
Dağılan saçları öpüb, hörəsən...
Hələ də bilmirəm, nədir görəsən
Məni düşünməyin günah tərəfi?

Əlin qaş üstündə, gözün yol ölçə
Tanrı sevincini bir az bol ölçə...
Kədər əsəbləşə, lap əl-qol ölçə-
Əyilə, bir ömrün, gün ah tərəfi!..

İşığın gözümü elə qırpa ki,
Xəyalın qanadın elə çırpa ki,
Ya da ürəyimi elə qıra ki -
Mat olsun vüsalın bu şah tərəfi!..

İstək sərhədsizdi yaz. ya da danış
Onun mənzərəsi ruhuma tanış...
Eşqdi, söyləyirəm , dinlə və alış -
Məni düşünməyin günah tərəfi!..


7502 oxunub

InvestAZ