"Özümdən özümə" silsiləsindən
Alıbdı O əlimdən
Günlərimin sükanın...
İçimə daşımışam -
Tay kədərin tükanın...
Yanaqdakı ağ yolun
Tikanlayıb naxışı...
Tutub ruhun əl-qolun -
Həzin... payız yağışı...
Gəzirəm qaraltı tək
Öz içimdə çətirsiz...
Dünyam özüm boyda lək -
Solğun, həm də ətirsiz...
...Son vaqon ... son da kupe
Bələdçi soyuq... sükut...
Son sözdən çəkildim - de -
Və göz yaşına bük...ud!..