XƏBƏR LENTİ
26 May 2022
25 May 2022



Demə - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:57 / 20.08.2020

(Dostum, yazıçı- publisist Azad Müzəffərə)

Yenə içim alışır
Yenə qorranır ruhum...
Dərgahda da ağrıdan
Aşkar zorranır ruhum ! -
Qalan gumandı, demə...
demə...

Şimşəyi öpüb, qovan
Buludu köynək edən...
Onu ruhum tək duyan,
Uzaqdan baxıb gedən -
Dağlar dumandı, demə...
demə...

Sınıb hicran gücünə
Bir şamın söndüyünü...
Gözlərimin içinə,
Ümidin öldüyünü -
Aman, amandı, demə...
demə!

Gecəni diz çökdürən,
Sevgimə güvənimdi.
Gözümdə dan sökdürən,
Bu günüm, dünənimdi ! -
Keçmiş zamandı, demə...
demə...

Mən zəfər xəstəsiyəm
Dərmanım bulud yaran...
Şəlalə bəstəsiyəm,
Dağları unutmaram!-
Dağlar dumandı, demə...
demə...


8675 oxunub

InvestAZ