XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Azərbaycan "Qarabağ"ın qələbəsi ilə irəlilədi - UEFA reytinqi
İDMAN 17:39 / 19.08.2020
Avrokuboklarda 1-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Keçirilən 6 oyundan sonra cədvəldə dəyişikliklər olub.

Çempionlar Liqasının 1-ci turunda ötən gün "Sileks”ə (Şimali Makedoniya) 4 cavabsız qolla qalib gələn "Qarabağ” Azərbaycanın xalını artırıb və mövqeyini yüksəldib.

Aktivinə 0,375 xal yazan Azərbaycan son beş mövsümün nəticələrinə əsasən14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo"suna məğlubiyyəti (3:6) səbəb olub.

Ölkəmizi Qazaxıstan (25), Norveç (26) və Rumıniya (27) izləyir. 23-cü yerdə olan Bolqarıstan isə Azərbaycanı 1.625 xal qabaqlayır.

Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür
10496 oxunub

InvestAZ