XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
İqtisadiyyat 11:54 / 12.08.2020

Qəhvə, kakao, pambıq və şəkər dünya birjalarında ən sürətlə bahalaşan məhsullar olub.

Son bir ay ərzində London birjasında kakao fyuçersləri 17 faiz bahalaşıb. Hazırda kakaonun bir tonunun qiyməti 2 488 dollar təşkil edir.

Bu müddət ərzində qəhvə fyuçerslərinin qiyməti 14 faiz artıb. Pambıq və şəkər isə müvafiq olaraq 10 və 19 faiz bahalaşıb.

Bununla belə, koronavirus pandemiyasının ilk günlərində bu məhsullar kəskin ucuzlaşmışdı.

Ümumilikdə qida məhsullarının qiymətləri dünya üzrə ikinci aydır ki, bahalaşmaqda davam edir. Miqrant işçilərin çatışmazlığı və istehsalın azalması səbəbi ilə bitki yağı 7,6 faiz, süd məhsulları 3,5 faiz, şəkər 1,4 faiz bahalaşıb.


20717 oxunub

InvestAZ