XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



İlğımdakı saray - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:55 / 12.08.2020

"Özümdən özümə" silsiləsindən

Yenə döyülmədi pəncərəm, qapım
Qaldı ürəyimin qulağı səsdə...
Yenə həsrətimi yoğurum...yapım -
Yenə də səhəri açım qəfəsdə!

Yerdən göyə qədər...ondanda uzaq -
Yolu qaranəfəs min dəfə ölçdüm...
Xəyalım təsəlli, xəyalım tuzaq -
Hara hərləndimsə içinə düşdüm...

Bir çınqı..qığılcım alışmadı ki,
Ondan alov doğsun - ruhum isinsin...
Qəlbim əl açşmağa alışmadı ki -
Hansısa kölgəyə yarınıb, sinsin...

...Yenə öz dünyamın öz külü ilə
Ümid kərpicləri kəsirəm ...səssiz...
Xəyal sarayımı gətirdim dilə -
Onu gördünüzmü ilğımda bəs siz?!


8260 oxunub

InvestAZ