XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



"Qarabağ"ın ikinci mərhələdəki potensial rəqibi bilindi
İDMAN 17:14 / 10.08.2020

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmadaAzərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəlli olub.

Ağdam təmsilçisi Şimali Makedoniyanın "Sileks" klubunu keçəcəyi təqdirdə, 2-ci təsnifat mərhələsində "Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütününqalibi ilə qarşılaşacaq.

"Qarabağ” – "Sileks” cütünün qalibi 2-ci mərhələdəki matçını evdə keçirəcək.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin matçları25-26 avqustda keçiriləcək. Yeni qaydalara əsasən, pley-offa qədər bütün mərhələlər bir oyundan ibarət olacaq.


986 oxunub

InvestAZ