XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



Dənizdə neftçi müəmmalı şəkildə itkin düşdü
MƏMLƏKƏT 16:38 / 10.08.2020

Ötən gün "Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Elşən Səfiyar oğlu Kazımov gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib.

Bu barədə Azneft” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, Elşən Kazımov axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Vidadi Əliyevə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib.

"Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkçəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb, işçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. İşçinin itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”, - məlumatda qeyd edilib.


770 oxunub

InvestAZ