XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



Polis bu mağazalara girişə imkan vermir? – Rəsmi
MƏMLƏKƏT 16:23 / 10.08.2020

Nəsimi rayonu 28 May küçəsində polis əməkdaşları telefon və kompüter təmiri dükanlarına müştərilərin daxil olmasına icazə vermir.

Bu barədə məlumatı jurnalist Elşad Mətləboğlu qeyd edib. O bildirib ki, NK yanında Operativ Qərargahın icazəsinə baxmayaraq, sözügedən mağazalara müştərilərin daxil olması qadağan edilib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki, sözügedən mağazaların fəaliyyətinə məhdudiyyət tətbiq edilmir:

"Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyətinə heç bir məhdudiyyət yoxdur”.


1126 oxunub

InvestAZ