XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



Deputat bəzi qurumlara müraciət ünvanladı
Gündəm 16:07 / 10.08.2020

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son bir həftədə 250-dən çox vətəndaşla onlayn qaydada görüntülü danışıb, qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.

Bundan başqa, Q.Paşayevanın köməkçisi tərəfindən də 200-ə yaxın müraciət dinlənilib. Millət vəkili həmin məsələlər barədə də aidiyyəti qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların istəkləri ilə bağlı isə millət vəkili Q.Paşayeva rəsmi müraciətlər göndərib.

Deputat müzakirələr zamanı vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları virusdan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.


939 oxunub

InvestAZ