XƏBƏR LENTİ
27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020



Sürücülər arasında da koronaya yoluxanlar var - BNA
MƏMLƏKƏT 14:54 / 10.08.2020

Sürücülər arasında da koronaya yoluxanlar var. Amma yoluxan sürücülərin dəqiq sayı haqqında məlumat yoxdur.

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev deyib.

BNA rəsmisinin sözlərinə görə, sürücülərin, dispetçerlərin və digər personalın sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb:

"Nəticədə sürücülər arasında infeksiyaya kütləvi yoluxma halı qeydə alınmayıb ki, bu da sərnişindaşımaların təşkili baxımından olduqca vacibdir".

BNA rəsmisi bildirib ki, hətta onun özü də bu virusa yoluxanlar arasında olub:

"Mən də yoluxmuşdum. Artıq sağalmışam. İşimin başındayam”.


981 oxunub

InvestAZ