XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



Çətirli düşüncələr - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 11:40 / 10.08.2020

"Bir qadına..." silsiləsindən

Bir çətir altıdı bizim dünyamız
Orda qolqoladı yar, nəfəsimiz...
Çətir tavanına yüksəlir ancaq -
Orda pıçıltımız - ürək səsimiz...

Atılan addımlar, deyilən sözlər
Bir ahəng yaradır -musiqi kimi...
Eyni mənzərəni geyinən gözlər -
Dolubdu, titrəyir ruhların simi...

Şıltaqlıq eyləyib, arada hərdən
Üzümə toxunan tel öpür məni...
Elə yapışmışam,mən bu çətirdən -
İstəmirəm onu, heç götürməni!

Bir çətir altında, bir göy üzündə
Bizi Tanrı görür -ovcu içində!..
Çətirsiz qalırıq fikir düzündə -
Sevgi divanəsi bəndə gücündə!..


1350 oxunub

InvestAZ