XƏBƏR LENTİ
18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021



Vilayət Eyvazovdan QƏRAR: Mülki silahın alınması maddəsində dəyişiklik edildi
Gündəm 11:00 / 08.08.2020

"Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazəsisteminin təşkilinədair Təlimat”da dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərara əsasən, sənədin 6-cı maddəsində dəyişiklik olunub. Qeyd edək ki, Təlimatın 6-cı maddəsi mülki silahın əldə edilməsi ilə bağlı icazə sistemini müəyyənləşdirir.

Həmin sənədə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.

Şəxs spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludədirsə, ruhi xəstəliyi, habeləgörmə qabiliyyətinin pozulması ilə bağlı müvafiqsəhiyyə orqanının tibbi rəyiolduqda onun mülki silah almaq hüququ yoxdur.

Bu barədə sənədin 6.45.2-ci yarımbəndində yazılıb.

Nazir Vilayət Eyvazovun qərarı ilə isə həmin yarımbənddə olan"səhiyyə orqanının tibbi rəyi”sözləri,"tibb müəssisəsinin rəyi”sözləri ilə əvəzlənib.

Qərar iyulun 31-dən qüvvəyə minib.


2120 oxunub

InvestAZ