XƏBƏR LENTİ
27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020



Nə gözəl.. - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:27 / 08.08.2020

"Pıçıltılar" dəftərindən

Ayağını şeh öpürsə
nə gözəl!..
Yanağını meh öpürsə -
nə gözəl!..

Saçlarına külək daraq
Qələminə ürək varaq ...
Dilinə Yar sözü yaraq -
nə gözəl!..

Baxışına Günəş çəpər
Olub, alıb səndən təpər,
Baxışından o nur səpər -
nə gözəl!..

Varlığına səcdə varsa,
Səcdəgah Allah, həm yarsa...
Məni bu sevgi aparsa -
nə gözəl!..


902 oxunub

InvestAZ