XƏBƏR LENTİ
18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021



Bakı polisi reyd keçirib
MƏMLƏKƏT 17:29 / 07.08.2020

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xdimətindən " verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla, mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Diqqətə çatdırılıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.


2357 oxunub

InvestAZ