Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında "2020-ci il dövlət büdcəsi haqqında” qanunadəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
"Report” xəbər verir ki, dəyişikliyə əsasən,"Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuşbüdcə qaydasının tətbiqi qaydası 2022-ci ilyanvarın 1-nə qədər dayandırılır.
Dəyişiklik layihəsi müzakirələrdən sonraIII oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.