XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib
MƏMLƏKƏT 16:50 / 07.08.2020

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev qurumun aparat rəhbəri təyin edilib.

O, 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

R.Quliyev ölkə prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Ailəlidir, 4 övladı var.

KəndTəsərrüffatı Nazirliyindən məlumatı təsdiqləyiblər.


1269 oxunub

InvestAZ